Qanunsuz ov edən şəxs saxlanıldı

15:27 19.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

 

Bu barədə hafta.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, həmin şəxsdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.